Bu gün Tacikistanda prezident seçkiləri keçirilir.
Modern.az “TASS”a istinadən xəbər verir ki, bu, müstəqil respublikanın tarixində sayca altıncı dövlət başçısı seçkiləri olacaq.
Daha öncəki beş seçkidən dördündə hazırkı prezident Emoməli Rəhmon qələbə qazanıb.
68 yaşlı siyasətçi artıq 28 ildir ölkəni idarə edir.