Bu gün UEFA Millətlər Liqasında III turun digər oyunları keçiriləcək.
Modern.az-ın məlumatına görə, ikinci oyun günündə A,B, və C Liqalarında 20 qarşılaşma təşkil ediləcək.
A Liqasında Polşa - İtaliya, İngiltərə - Belçika və Fransa - Portuqaliya görüşləri maraqla gözlənilir. Türkiyə yığması B Liqasının 3-cü qrupunda səfərdə Rusiya ilə üz-üzə gələcək.