Modern.az

"Taliban": Trampın qələbəsinə ümid edirik

Aktual

11 Oktyabr 2020, 09:40

Biz çox ümidliyik ki, Donald Tramp ABŞ-dakı prezident seçkilərini bu dəfə də qazanacaq.

 

Modern.az "CNN"ə istinadla xəbər verir ki, bunu ABŞ mətbuatına açıqlamasında Taliban sözçüsü Zəbihullah Mücahid deyib.

 

“Eyni zamanda, ABŞ-ın Əfqanıstandakı hərbi varlığını dayandıracağına ümidimiz böyükdür”, - sözçü bildirib.

 

Qeyd edək ki, Trampın seçki kampaniyasının ictimaiyyətlə əlaqələr şöbəsi Talibanın dəstəyini rədd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu