Modern.az

Koreyalı professor: Ermənistan KTMT-dən dəstək almaq üçün Gəncəni bombalayır

Koreyalı professor: Ermənistan KTMT-dən dəstək almaq üçün Gəncəni bombalayır

11 Oktyabr 2020, 12:12

Ermənilər Dağlıq Qarabağda baş verənləri "Səlib yürüşü" kimi təqdim edir, bunun "dini zəmində" baş verdiyini bildirərək Qərbdən dəstək istəyir.

 

Modern.az-ın məlumatına görə, bunu Cənubi Koreyanın populyar "Sisa" jurnalında dərc olunuş məqaləsində bu ölkənin Dongduk Qızlar Universitetinin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun Kyun yazıb.

 

Məqalədə deyilir ki, ermənilər köklərinin Dağlıq Qarabağ torpağında olduğunu iddia etsələr də, onlar Qarabağda əsasən, XIX əsrin əvvəllərindən etibarən yaşamağa başlayıblar.

 

Müəllif yazır ki, hazırda davam edən Qarabağ toqquşması beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisində baş verdiyi üçün, Ermənistanda hərbi bazası olan Rusiyanın erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur.

 

Lakin KTMT-dan dəstək almaq üçün Ermənistan Qarabağdan uzaq olan Gəncəni bombalayır. (Trend)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu