Modern.az

İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yaydı

İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yaydı

11 Oktyabr 2020, 16:51

İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı başlayan və mülki şəxslər və hərbçilər arasında itkiyə səbəb olan bütün hərbi hücumları kəskin şəkildə qınayır və hərbi əməliyyatlarda həlak olanların ailələrinə başsağlığı verir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının yaydığı bəyanatda bildirilib.

 

“ITAZERCOM beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının bütün erməni işğalçı qüvvələrini təcili, tam və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonundan çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyünü qətiliklə dəstəkləyir.

 

İtaliya-Azərbaycan Ticarət Palatası, müstəqil, qeyri-hökumət, ikitərəfli biznes qurumu olaraq, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin bu cür qanuni çərçivədə həllinə tərəfdar olmağa çağırır və heç bir ara vermədən Azərbaycan-İtalyan iş dünyası çərçivəsində daha da güclü şəkildə qarşılıqlı əməkdaşlığı və dostluğu təşviq etməyə davam edir”, - deyə qeyd olunub.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!