Bu gün səhər sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edib.
Modern.az xatırladır ki, xüsusi karantin rejimi 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.