Modern.az

Belçika və İslandiyadan Ermənistana silah daşınır

Belçika və İslandiyadan Ermənistana silah daşınır

12 Oktyabr 2020, 08:53

Oktyabrın 11-də İslandiyanın Keblavik şəhərindən Mülki Aviasiya təyyarəsi ilə Ermənistan ordusu üçün müxtəlif silahlardan ibarət daha bir hərbi yük gətirilib.

Modern.az xəbər verir ki, bu barədə Virtualaz.org yazıb. Bundan əvvəl də İslandiyanın paytaxtı Reykyavikdən Ermənistana döyüş sursatı ilə dolu nəqliyyat təyyarəsinin yola düşməsi barədə məlumat verilmişdi.

Gecə yarısı isə Belçikanın Lyej şəhərindən başqa bir təyyarə də havaya qalxıb. Hava gəmisi Yerevan vaxtı ilə saat 04:39-da Zvartnots hava limanına enib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu