Müharibə uşaqların psixologiyasında ciddi travmalar qoyur. Bu barədə Modern.az-a açıqlamasında psixoloq Taryel Faziloğlu müharibədə valideyinlərini itirmiş uşaqların psixologiyası barədə danışarkən bildirib.
O, qeyd edib ki, həmin uşaqlarda travmatik psixoloji problemlər müşahidə edilir:
“Bundan sonra onlarda postravmatik stress pozuntusu davam edir. Valideynlərini boş, heç bir səbəb olmadan ölməsi onlara daha çox acı verir. Bundan sonra onlar bir növ uşaqlıqlarını itirmiş olurlar. Bu səbəbdən də həmin uşaqlarda daim aqressiya, təşviş pozuntuları hiss edir. Təəssüf ki, uşaqlar bu problem içlərində daim yaşayacaqlar.
Bu, özünü ünsiyyət problemində biruzə verəcək. Travma səbəbindən bu cür uşaqlarda daha çox neqativ şeylərə meyllilik artacaq”.
Psixoloqun sözlərinə görə, qorunma instinki bu tip uşaqlarda çox olduğu üçün kirminal ailəmə bağlılıq yaranacaq:
“Digər uşaqlarla müqayisə etsək, bu uşaqlarla işləmək peşakarlıq tələb edir. Valideynini itirmiş uşaqlarda yas terapiyası və psixosematik terapiyalar tətbiq olunur. Daha sonra normal uşaqlara tətbiq olunan artterapiya edilir ki, şüuraltı təmizlənə bilsin. Bu tip uşaqlarda peşəkar kompleks terapiya yanaşması vacibdir. İlk 6 ay ərzində həmin uşaqlar psixoloji dəstək alarlarsa, keçirdikləri travmanı atlada bilərlər”.
Fidan İlqarqızı