Modern.az

Gəncədə dağıntılar altında qalan daha bir sakin öldü

Gəncədə dağıntılar altında qalan daha bir sakin öldü

Aktual

12 Oktyabr 2020, 17:36

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11 oktyabr, gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, 12 oktyabrda yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza