Modern.az

Tovuzda yük maşını aşdı: Ölən və yaralananlar var

Tovuzda yük maşını aşdı: Ölən və yaralananlar var

Aktual

12 Oktyabr 2020, 20:14

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərkətdə olan “KamAZ” markalı yük maşını aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza