Modern.az

Atambayev təcridxanaya qaytarıldı

Atambayev təcridxanaya qaytarıldı

13 Oktyabr 2020, 13:46

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev istintaq bitənə qədər Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasına yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə MTDK-nin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir.

 

Bildirilir ki, məhkəmənin A.Atambayevin ev dustaqlığına buraxılmasına dair əvvəlki qərarı qanunsuz elan edilib.

 

“Oktyabrın 5-dən 6-na keçən gecə baş verən hadisələr zamanı Bişkekin Pervomaysk Məhkəməsinin hakiminə qarşı şiddət tətbiq olunub, nəticədə o, təzyiq altında qabaqlayıcı tədbirin (Atambayevə qarşı) dəyişdirilməsi barədə fərman imzalayıb”, - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza