Modern.az

“İçimizdə bir qalibiyyət hissi olduğuna görə, ruhumuzda sakitlik var” - Psixoloq

“İçimizdə bir qalibiyyət hissi olduğuna görə, ruhumuzda sakitlik var” - Psixoloq

13 Oktyabr 2020, 14:04

"İndiki mövcud vəziyyətdə insanların psixi durumunun pozulması informativ streslərin yaranmasından  irəli gəlir. Hazırda bütün insanlarda informativ streslər var".

Bu sözləri Modern.az-a Qarabağ uğrunda döyüşlərin,müharibə vəziyyərinin insanların psixologiyasına təsirindən danışarkən psixoloq Aytən Ələkbərli deyib:

"Müharibə yalnız Dağlıq Qarabağda getmir. Arxa cəbhədə informasiya müharibəsi gedir. İnformasiya müharibəsinin içərisində cəbhədə döyüşən əsgərlərdən sonra insanların sosial şəbəkələrdə savaşı, çılğınlığı gedir. Bu zaman informativ streslər yaranır, streslərin içərisində müsbət dərəcəli emosiyalar mövcuddur".

A.Ələkbərli bildirib ki, xalq olaraq bütün problemləri kənara qoyub Prezidentin ətrafında birləşmişik:

"Hamı Qarabağ uğrunda iradəli addımlar atır. Dövlət başçımızın sözlərini eşitdikcə, insanlara daha gözəl motivasiya gəlir, daha çox qürrələnirik. İçimizdə bir qaliblik hissiyatı olduğuna görə ruhumuzda sakitlik var".

Psixoloq son olaraq qeyd edib ki, çətin məsələlər təbii ki, olacaq:

"İnsanlar hər gün qorxu içərisində yaşayır, bu hal onların psixi halətlərinin pozulmasına gətirib çıxarır. İnsanlar yaxınlarını, doğmalarını itirdikdə yeni həyata adaptasiyaları o qədərdə asan olmur. Bu cür vəziyyətdə mən və mənim həmkarlarım əlimizdən gələni etməyə hazırıq".

 

Mehri QURBAN

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza