ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu bildirib ki, Türkiyə Minsk qrupunun təcili toplanması ilə bağlı təklif edib:
"Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətələnərək yeni təxribatlar törədir".