“21-ci əsr insan psixologiyası daha çox humanizmə yönlənib. Konvensiyalar, beynəlxalq hüquq normaları müharibədən, zorakılıqdan qaçmağa köklənib. Nəzərə almaq lazımdır ki, müharibə özü insan faktorudur. Müharibədə iştirak edən, zorakılıq edən,zorakılıqdan müdafiə olunanda insandır”.
Bu barədə Modern.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib:
“İstər 20-ci, istərsə də 21-ci əsrin əvvələrində dünya müharibələrində ən aparıcı faktor ədalət prinsipidir. Qarabağ müharibəsində uşaqdan –böyüyə hər kəs, beynəlxalq aləm bilir ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Hər bir Azərbaycan vətəndaşı öz doğma torpaqları uğrunda savaşır. Onlar bilirlər ki, haqq uğurunda mübarizə aparır- bu da psixoloji faktordur”.
E.Rüstəmov qeyd edib ki, Azərbaycan xalqı deməsə də, 20 faiz ərazi işğalından söhbət getmirdi, hər bir Azərbaycan xalqı işğalda idi.
“Azərbaycan xalqı son 100 ildə bu qədər həmrəy olmamışdı. Bu müharibə ilə milli şüurun, milli dirçəlişin,milli oyanışın əsası qoyulacaq. Bu faktorlar ən üstün səviyyədə inkişaf edəcək”.
Nəzrin Vahid