Modern.az

Koronavirusa yoluxanların sayı 38 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 38 milyonu keçdi

Aktual

13 Oktyabr 2020, 19:23

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 38 milyon nəfəri ötüb.

 

Modern.az-a Worldometer saytına istinadən xəbər verir ki, indiyədək dünya ölkələri üzrə koronavirusa 38 milyon 121 min 613 yoluxma, 1 milyon 86 min 640 ölüm faktı qeydə alınıb.

 

Son məlumatlara əsasən, 28 milyon 646 min 757 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 388 min xəstədən 69 mininin vəziyyəti ağır qiymətləndirilir.

 

Ən çox yoluxma (8 milyon 38 min 543) və ölüm halı (220 min) ABŞ-da qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza