Modern.az

Gəncədəki erməni vəhşiliyi Britaniya səfirini sarsıtdı

Gəncədəki erməni vəhşiliyi Britaniya səfirini sarsıtdı

Aktual

13 Oktyabr 2020, 19:30

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumundan sarsıldığını bildirib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə C. Şarp “Twitter”də paylaşım edib.

 

“Mən keçən il Azərbaycan dilini öyrənəndə, Gəncədə iki həftə qaldım və ona görə də Gəncədə son hadisələr məni sarsıtdı. Həlak olanların və yaralıların ailələrinə səbr diləyirəm”, - deyə səfir qeyd edib.

 

Xatırladaq ki, oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza