Modern.az

Ölkə QHT-lərinin beynəlxalq təşkilatlara göndərdiyi çoxsaylı müraciətlərə cavab veriləcəkmi?

Ölkə QHT-lərinin beynəlxalq təşkilatlara göndərdiyi çoxsaylı müraciətlərə cavab veriləcəkmi?

Aktual

13 Oktyabr 2020, 21:50

27 sentyabrdan başlayaraq Ermənistanın Azərbaycana növbəti hərbi təcavüzü və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə bağlı ölkəmizin qeyri-hökumət təşkilatları dərhal səfərbər olaraq fəaliyyətini Vətən müharibəsinin tələblərinə uyğun təşkil etməyə başlayıb. Döyüş əməliyyatlarının ilk günündən etibarən QHT-lər Ordumuzun Ermənistanı sülhə məcburetmə əməliyyatlarına çevik və adekvat ictimai dəstək verir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin bununla bağlı bütün təşəbbüslərinə təşkilati, texniki və digər zəruri dəstəyi təmin edir.

Modern.az xəbər verir ki, sentyabrın 27-də 1128 QHT xalqa müraciətində Ali Baş Komandana və ordumuza tam dəstəyini ifadə etdi. QHT rəhbərləri yaşından asılı olmayaraq bir nəfər kimi Vətən müharibəsinə töhfə vermək üçün əlindən gələn hər şeyi edəcəyini həmçinin, əmr veriləcəyi təqdirdə qəhrəman ordumuzun sıralarında düşmənə qarşı vuruşmağa hazır olduğunu bildirdi. QHT-lər ötən 16 gündəki fəaliyyələri ilə bir daha sübut etdi ki, onlar ictimai rəyin formalaşmasında, milli həmrəyliyin gücləndirilməsində və informasiya müharibəsində əhəmiyyətli rol oynayan ictimai aktorlardır.

QHT-lər fəaliyyətini əsasən informasiya müharibəsində üstünlüyümüzü təmin etmək, düşmən və onun havadarlarının ölkəmizə qarşı apardığı yalan və böhtan kampaniyasını zərərsizləşdirmək və ən vacibi isə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi və soyqırım cinayətləri barədə dünya ictimaiyyətini dərhal və geniş şəkildə məlumatlandırmaq istiqamətində qurub. Bu müqəddəs iş hər saat davam etdirilir.

Son iki həftə ərzində yüzlərlə QHT 26 beynəlxalq təşkilata, 7 xarici ölkə prezidentinə və xarici işlər nazirlərinə və beynəlxalq ictimai qurumlara 15 müraciət və bəyanat göndərib. QHT-lərin fərdi və kollektiv formada imzaladığı bu bəyanat və müraciətlər müxtəlif dillərdə müvafiq qurumların emailləri ilə yanaşı, onların sosial media hesablarına da göndərilib. Ancaq təəssüflər olsun ki, kiçik istisnaları çıxmaq şərti ilə beynəlxalq təşkilatlar Ermənistanın həyata keçirdiyi dövlət terroruna, mülki vətəndaşları və infrastrukturu hədəfə götürərək beynəlxalq hüququn norma və prinsiplərini tapdamasına açıq və birmənalı reaksiya verməkdən çəkinirlər.

İndiyədək müraciət göndərilən beynəlxalq təşkilatların siyası ilə bir daha tanış ola bilərsiniz:
1) BMT-nin baş katibinə
2) BMT-nin Təhlükəsizlik Şurasına
3) ATƏT-in fəaliyyətdə olan sədrinə
4) ATƏT PA-nın prezidentinə
5) AŞPA prezidentinə
6) NATO-nun baş katibinə
7) NATO PA-nın prezidentinə
8) MDB PA-nın rəhbərinə
9) Avropa Şurasının prezidentinə
10) Avropa Komissiyasının prezidentinə
11) Avropa Parlamentinin prezidentinə
12) TÜRKPA-nın prezidentinə
13) QDİƏT PA-nın prezidentinə
14) Avronest Parlament Assambleyasına
15) Parlamentlərarası İttifaqın prezidentinə
16) İslam Əməkdaşlıq Təşkilatının prezidentinə
17) İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının prezidentinə
18) ABŞ Konqresinin nümayəndələr palatasına
19) Amnesty İnternational təşkilatına
20) UNİCEF-in icraçı direktoruna
21) Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədrinə
22) Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidentinə
23) SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidentinə
24) Uşaq Müdafiə Fondunun icraçı direktoruna
25) Uşaqlar üçün Qlobal Fondunun prezidentinə
26) Rusiya mediasına və jurnalist təşkilatlarına

QHT-lər həmçinin, aşağıdakı ölkələrin prezidentlərinə və xarici işlər nazirlərinə müraciətlər ünvanlayıb:
1) ABŞ prezidenti Donald Trumpa
2) Fransa prezidenti Emmanuel Makrona
3) Rusiya prezidenti Vladimir Putinə
4) Almaniya Xarici İşlər naziri Hayko Maasa
5) ABŞ Dövlət Katibi Mayk Pompeoya
6) Rusiya Xarici İşlər Naziri Sergey Lavrova
7) Fransa Xarici İşlər Naziri Jan İv Le Driana

QHT-lər bu müraciətlərdə beynəlxalq ictimaiyyəti, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq mandata malik olan vasitəçi dövlətlərin – Minsk Qrupunun həmsədrlərindən Ermənistanın ön cəbhədən xeyli uzaqlıqda olan Azərbaycanın yaşayış məntəqələrini, xüsusilə Gəncəni raket atəşinə tutaraq uşaq və qadınlar da daxil olmaqla mülki vətəndaşları qətlə yetirməsinə və mülki infrastrukturu dağıtmasına laqeyd qalmamağa və işğalçı ölkəyə qarşı cəza tədbirləri görməyə çağırıblar.
Təəsüflər olsun ki, bu müraciətlərin heç birinə müvafiq ünvanlardan hələ də adekvat reaksiya gəlməyib.

Bu gün biz Aztv-nin "Əsas Məsələ" proqramında da bu məsələni ətraflı müzakirə etdik və beynəlxalq təşkilatların laqeyd münasibətinin səbəblərinə aydınlıq gətirməyə çalışdıq.

Mən bir daha həmin müraciətlərin linklərini paylaşaraq xarici ölkə səfirliklərini və beynəlxalq təşkilatların nümayəndələrini müraciətdə qeyd olunan məsələlərə münasibət bildirməyə çağırıram.

27 sentyabr
1) Azərbaycan QHT-ləri BMT-nin Təhlükəsizlik Şurasına, ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb (İctimai Liderlər) (44 QHT)

2) Azərbaycanda 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb (502 QHT)


3) Azərbaycan QHT-ləri xalqa müraciət edib (1128 QHT)


28 Sentyabr

4) Hərbiyönümlü QHT-lər Bəyanat qəbul edib (25 QHT)


2 Oktyabr
5) QHT-lər Ermənistana sanksiya tətbiq olunmasını tələb edir (44QHT)

6) Azərbaycan QHT-ləri ATƏT sədrinə müraciət etdi (376 QHT)


3 oktyabr
7) Ermənistan Avropanın enerji təhlükəsizliyini təhdid edir (1 QHT)


4 oktyabr
8) Azərbaycan QHT-ləri Ermənistanın Gəncəyə qarşı törətdiyi müharibə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb (292 QHT)


6 oktyabr
9) Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumlar etməsi ilə bağlı BMT-nin Baş katibinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb. (45 QHT)

10) Azərbaycan Qeyri-Hökumət Təşkilatları adından ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciət ünvanlanıb (290 QHT)

11) QHT-lərdən “Amnesty International”a etiraz (9 QHT)

8 oktyabr
12) QHT-lər Almaniya XİN başçısının bəyanatına etiraz edir (290 QHT)


10 oktyabr
13) TASS informasiya agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya qarşı səsləndirilən təhqir və təhdidlərlə əlaqədar Azərbaycan QHT-ləri bəyanat yayıb. (23 QHT)


11 oktyabr
14) Azərbaycanda fəaliyyət göstərən 532 QHT Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə əlaqədar BMT-nin Baş katibinə, AŞPA-nın prezidentinə, ATƏT PA-nın prezidentinə, NATO-nun Baş katibinə, NATO PA-nın prezidentinə, Avropa İttifaqı Komissiyasının prezidentinə, Avropa Şurasının prezidentinə, Avropa Parlamentinin prezidentinə, UNICEF-in icraçı direktoruna müraciət ünvanlayıb. (532 QHT)

15) Azərbaycan QHT-ləri Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət edib. (532 QHT)


12 Oktyabr
16) Uşaq və qadınların hüquqları ilə məşğul olan 104 Azərbaycan QHT-si Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı UNİCEF-in İcraçı Direktoru Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidenti Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidenti Siddharta Kaul, Uşaq Müdafiə Fondunun icraçı direktoru Bharti Vahi və Uşaqlar üçün Qlobal Fondunun prezidenti Con Heklingerə müraciət edib. (104 QHT)


17) НПО Азербайджана направили обращение к представителям средств массовой информации и журналистским организациям Российской Федерации. (71 QHT)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza