Modern.az

TQDK təkrar buraxılış imtahanı keçirəcək

TQDK təkrar buraxılış imtahanı keçirəcək

Aktual

3 İyul 2012, 11:06

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublika üzrə keçirtdiyi buraxılış imtahanlarında iştirak edən bilməyən şagirdlər sabah yenidən imtahan verəcəklər. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlərin iyul ayının 4-də buraxılış imtahanı keçiriləcək.

Qeyd edək ki, TQDK-nın respublika üzrə IX və XI sinif şagirdləri arasında keçirtdiyi buraxılış imtahanları iyun ayının 29-da başa çatıb.

Anar RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU