Modern.az

Məşhur türk yazarın kitabları Bakıdan yığışdırılır

Məşhur türk yazarın kitabları Bakıdan yığışdırılır

Aktual

14 Oktyabr 2020, 09:57

Əslən Türkiyədən olan Böyük Britaniyanın məşhur yazarı Elif Şafak “Twitter”dəki 1.6 milyonluq hesabında müzakirələrə səbəb olacaq post paylaşıb. 

 

Modern.az xəbər verir ki, o, hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım... Dağıntılar arasında sənət, təşəkkürlər”,- şərhini qeyd edib.

 

Azərbaycan sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanan “sülh paylaşımı”na cavab olaraq, “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb.

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza