Modern.az

346 nəfərə 90 milyon manat kredit verildi

346 nəfərə 90 milyon manat kredit verildi

Aktual

14 Oktyabr 2020, 11:35

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 13 oktyabr tarixinədək kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3000-dək müraciət qeydiyyata alınıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, artıq 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib:

 

“Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

 

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər - biznes kreditləri üçün onlayn rejimdə müraciət, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılması, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi kimi imkanlar yaradır”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza