Modern.az

Agentlikdən orduya dəstək - avtobuslar bayrağa büründü  

Agentlikdən orduya dəstək - avtobuslar bayrağa büründü  

Aktual

14 Oktyabr 2020, 12:12

Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb.

 

Modern.az xəbər verir ki, avtobusların üzərinə Qarabağ Azərbaycandır! və Qələbə Bizimlədir! şüarı yazılıb.

 

Həmçinin dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. 

 

Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır.

 

Qeyd edəki bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza