Modern.az

Bu məhsullar bahalaşıb - SIYAHI

Bu məhsullar bahalaşıb - SIYAHI

Aktual

14 Oktyabr 2020, 12:30

2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvarsentyabr aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 102,6 faiz olub.

2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 104,3 faiz təşkil edib.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq yarmasının, təzə və dondurulmuş balığın, brınza pendirinin, kəsmiyin, portağalın, bananın, gavalının, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, mərcinin, ucuzlaşma isə əsasən limonun, naringinin, almanın, armudun, heyvanın, narın, üzümün, çiyələyin, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın, arağın, pivənin qiymətlərində müşahidə edilib.

 

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 101,4 faiz təşkil edib. 2020-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 101,2 faiz olub.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza