Modern.az

UNEC-in 3 tələbəsi London Universitetini uğurla bitirdi

UNEC-in 3 tələbəsi London Universitetini uğurla bitirdi

Aktual

14 Oktyabr 2020, 13:18

UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramından məzun oldu.

 

Modern.az xəbər verir ki, UNEC tələbələri ikinci kursdan beynəlxalq proqrama qoşularaq, hər iki universitetin dərslərini dinləyiblər. Dərslər UNEC-in təcrübəli müəllimləri tərəfindən London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramına əsasən tədris olunub. İmtahanlar isə London Universiteti/London İqtisadiyyat Məktəbi tərəfindən onlayn olaraq keçirilib.

 

4 illik təhsili müvəffəqiyyətlə bitirən tələbələr UNEC-in diplomunu əldə ediblər, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunun təqdimolunma mərasimi isə Londonda keçiriləcək.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza