Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən və səkkizguşəli prizmadan ibarət olan türbə Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə 1305-ci ildə inşa edilib.
Mədəniyyət Nazirliyindən Modern.az-a bildirilib ki, binanın memarı və bənnası XIV əsrdə İpək yolu üzərindəki abidələri yaratmış Əli Məcdəddindir.
Zəngilan rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra türbənin hazırki vəziyyəti məlum deyil