Modern.az

Balaca Bəxtiyarın erməni xisləti üzərində təntənəsi - VİDEO  

Balaca Bəxtiyarın erməni xisləti üzərində təntənəsi - VİDEO  

Aktual

14 Oktyabr 2020, 16:16

 

Bəxtiyar qorxunu, həmin gecənin unudulmaz dəhşətini hiss etsə də, hələki qorxu anlayışının nə olduğunu dərk etmir. Ancaq ümumiyyətlə, hər bir azərbaycanlının uşaq yaşlarından qorxusuz şəkildə, cəsarətli, ruh yüksəkliyi ilə böyüməsi kifayət qədər önəmli məsələdir. Bəxtiyarın üzündəki yüngülvari xəsarət izləri bir neçə günə yoxa çıxacaq. Ancaq onun hadisə günü yaşadıqları, yaxınlarının, əzizlərinin vandalizm aktına məruz qalması yaddaşından heç vaxt silinməyəcək. Erməni faşizminin mülki əhaliyə qarşı münasibəti bu toplumun Azərbaycana qarşı yönələn işğalçılıq siyasəti bir daha sübut etdi.

 

Qeyd edək ki, Bəxtiyar Heydərli  oktyabrən11-də  gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsinə atdığı qadağan olunmuş raketin yerlə yeksan etdiyi çoxmənzilli yaşayış binalardan birinin balaca sakinidir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza