Bu gün Füzuli rayonun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərinin işğaldan azad olunması o deməkdir ki, qoşunlarımız Cəbrayıl və Hadrut istiqamətində yüksəkliklərə tam nəzarət edir.
Bunu Modern.az-a Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, bu, ordumuzun daha da irəliləyəcəyi və tezliklə yeni xoş xəbərlərin olacağı anlamına gəlir:
"Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilməsi Qarabağımız uğrunda savaşda strateji mövqelərimizi daha da gücləndirir. Çünki bu bizim keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində möhkəmlənməyimiz deməkdir".
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərin çox vöyük turizm potensialı var:
"Xocavənd rayonunun ümumi sahəsi 1458 km², əhalisi 41.725 min nəfərdir. İşğaldan öncə sözügedən rayonda 11 min azərbaycanlı yaşayırdı. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Rayonun böyük iqtisadi və turizm potensialı var.
Xoş xəbərlər gəldi və davam edəcək! Yaşa Ali Baş Komandan! Yaşa Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!".