Modern.az

“Şəhid övladı olmaq qürurvericidir” - Şəhid qızı

“Şəhid övladı olmaq qürurvericidir” - Şəhid qızı

15 Oktyabr 2020, 09:46

“Şəhid övladı olmaq qürurvericidir”.  Bunu  Modern.az-a atası 1-ci Qarabağ müharibəsində şəhid olmuş Aynur Yunanova bildirib.

O qeyd edib ki, şəhid övladı olmaq maddi və mənəvi cəhətdən ağır, həm də qürurverici hissdi. Atasız, ana tərəfindən böyüdülmək çox çətindir:


“Müharibə, şəhid mövzusundan söhbət düşərkən fəxrlə danışıram. Atam olmayanda hər çətinliklə qarşılaşmışam. Ən çox mənəvi cəhətdən əziyyət çəkmişəm. Qız övladı üçün atanın, arxa-dayağın olmağı çox vacibdir”.


Şəhid övladın sözlərinə görə, atası Yunanov Fazil Firudin oğlu 1-ci Qarabağ müharibəsində Daşaltı əməliyyatının Könüllülər batalyonunda iştirak edib.


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza