Modern.az

UNEC-ə qəbul olan I kurs tələbələri üçün Oriyentasiya günü keçiriləcək

UNEC-ə qəbul olan I kurs tələbələri üçün Oriyentasiya günü keçiriləcək

15 Oktyabr 2020, 10:44

19-23 oktyabr tarixində UNEC-ə, eləcə də Zaqatala filialına qəbul olan I kurs tələbələri üçün Oriyentasiya günü təşkil olunacaq.

 

UNEC-dən Modern.az-a bildirilib ki, görüşlərin təşkilində məqsəd birinci kurslara fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə kreditlərin miqdarı, sərbəst iş üçün yaradılan şərait, biliyin qiymətləndirilməsi, tələbə mobilliyi, tələbə həyatı və digər qaydalar haqqında məlumatların verilməsidir.

 

Oriyentasiyanın təşkili cədvəli tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Tələbələr Oriyentasiya günü ilə bağlı suallarını fakültə sənəd qəbulu komissiyasına ünvanlaya bilərlər.

 

Qeyd: Sanitar epidemioloji vəziyyət nəzərə alınaraq, universitetə daxil olarkən qoruyucu vasitələrdən istifadə edilməsi tələb olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza