Modern.az

Koronavirusla bağlı növbəti reyd keçirildi

Koronavirusla bağlı növbəti reyd keçirildi

15 Oktyabr 2020, 11:16

Daxili İşlər Nazirliyi son günlər ölkədə koronavirusa yoluxanların sayının artması ilə bağlı Ağstafa rayonunda reyd keçirib.

 

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. 

 

RPŞ-nin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza