Modern.az

Rusiyada bir gündə 14 minə yaxın insan koronavirusa yoluxdu

Rusiyada bir gündə 14 minə yaxın insan koronavirusa yoluxdu

15 Oktyabr 2020, 12:36

Rusiyada son sutka ərzində daha 13 754 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 354 163 nəfərə çatıb. Son sutka ərzində 286 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 23 491 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza