İşğal altındaki torpaqlarımızn azadlığı uğrunda verdiyimiz mübarizə dünyanın hər tərəfindən dəstəklənir.
Modern.az xəbər verir ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları müxtəlif şəhərlərdə aksiyalar keçirib.
Belə ki, 3 gün öncə İtaliyanın Milan şəhərində baş tutan aksiyanın əsas iştirakçıları tələbələr olub. “Qarabağ Azərbaycandır”, “Ermənistana inanmayın” kimi şüarlardan istifadə olunan tədbirdə, Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev çıxış edib.
Oktyabrın 10-da Gürcüstanın Marneuli şəhərində həmvətənlərimiz ordumuza öz dəstəklərini nümayiş etdiriblər.
Kanada Azərbaycanlıları Şəbəkəsi ayın 4-də verdiyi bəyanatda Ermənistanın Gəncəni bombalamasını qətiyyətlə pisləyib.
Oktyabrın 2-də Türkiyənin İstanbul şəhərində İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə aksiya keçirilib.
Macarıstandaki Azərbaycan Evində dövlətimizə dəstək tədbiri keçirilib. 10 oktyabrda baş tutan görüşdə təşkilatın İdarə Heyətinin üzvü Rəşad Mehbaliyev əldə olunan qələbələrə görə iştirakçıları təbrik edib. Tədbirin sonunda Macarıstanda yaşayan Azərbaycanlıların adından bəyanat səsləndirilib və xaricdə yaşayan hər bir həmvətənimizin dövlətimizin yanında olduğu qeyd edilib.
Fidan ƏLİ