Modern.az

“Sizin yanınızdayıq” - Viktor Yuşenko

“Sizin yanınızdayıq” - Viktor Yuşenko

15 Oktyabr 2020, 13:42

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri  Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

 

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkənizin ərazisini işğal etməsi və beynəlxalq təşkilatların buna lazımi reaksiya göstərməməsi ilə bağlı məyusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

 

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik.

 

Ölkəniz və xalqınız üçün dua edirik.

 

Dərin hörmətlə,

 

Viktor Yuşenko

 

2005-2010-cu illərdə Ukraynanın Prezidenti

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

 

Katerina Yuşenko

 

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza