Modern.az

Novruz Aslanov növbəti onlayn qəbul keçirdi

Novruz Aslanov növbəti onlayn qəbul keçirdi

15 Oktyabr 2020, 14:31

 

Oktyabrın 15-də milklət vəkili Novruz Aslanov COVİD-19 pandemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, telefon vasitəsilə millət vəkili ilə əlaqə saxlayanlar cəbhə bölgəsində Azərbaycan ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində azad edilmiş şəhər, qəsəbə və kəndlərin adını eşidərək sevinclərindən danışıblar, orduya və qələbəyə inamlarını bildiriblər.

 

Müraciətlər əsasən sosial  və şəxsi məişət problemləri ilə bağlı olub. Hər bir müraciət fərdi qaydada qeydiyyata alınıb və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza