“Dağlıq Qarabağ probleminin həllində bir yol nəzərdə tutulur, o da hərb yolu. Ordumuz artıq sübuta yetirib ki, hərbi yol daha effektli variantdır. Ona görə də hər hansı atəşkəs və ya yeni danışıqlar bu prosesi uzadacaq”.
Bu barədə Modern.az-a politoloq Qabil Hüseynli müharibənin gedişatı haqqında danışarkən deyib:
“30 ildir ki, müharibəni diplomatik yollarla həll etməyə çalışırıq, amma heç bir nəticə verməyib”.
Q.Hüseynli qeyd edib ki, atəşkəs elan edildi, biz onun şərtləri ilə razılaşdıq, ancaq ermənilər atəşkəs olan kimi Gəncəni dəhşətli raketlərlə bombaladılar, Azərbaycan ordusu da onlara cavab verdi.
“Azərbaycana kimsənin bir qarış torpağı da lazım deyil. İşğal edilmiş ərazilərimizi azad etdikdən sonra Azərbaycan ordusu hərbi əməliyyatları dayandıracaq, ondan sonra danışıqlar başlıyacaq”.
Nəzrin Vahid