Modern.az

Cəbrayılda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var

Cəbrayılda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var

Aktual

15 Oktyabr 2020, 15:11

Bayrağımız Cəbrayıl şəhərində dalğalanır! Böyük iqtisadi və turizm potensialına malik, 81 min nəfər sakini olan Cəbrayıl rayonunun sahəsi 1 049.8 kvadrat km-dir.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, rayonda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var:

 

"Keçmiş SSRİ dövründə şərab zavodu olan Cəbrayıl rayonunda hətta ötən əsrin əvvəllərində 21 sort üzüm yetişdirilib.  İşğaldan əvvəl sözügedən rayon 60 min tondan çox üzüm yetişdirirdi. Rayonda 8 sənaye müəssisəsi var idi. 97 yaşayış məntəqəsi olan Cəbrayıl rayonu nadir xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi ilə zəngindir. 

 

Dəniz səviyyəsindən 434 metr yüksəklikdə yerləşən Cəbrayıl rayonu cəlbedici dağlıq ərazilər, 104 kəhriz və 99 bulaq ilə böyük turizm potensialına malikdir. İşğalçı erməni quldurlarının edtikləri dağıntılara rəğmən çoxlu sayda tarixi-dini abidələri olan Cəbrayıl rayonun xaricdən də turistlər cəlb etmək imkanı olacaq. "Cəbrayıl ata" adı ilə məşhur olan məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir. Həmin məqrəbədə qədim yaşayış yerlərinin izləri indi qalmaqdadır".

 

Parlament üzvünün sözlərinə görə, işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensialı var:

 

"Bu da ölkənin gələcək iqtisadi inkişafı baxımdan vacib şərtlərdən hesab olunur.

 

Cəbrayıl rayonu 1993-cü ilin avqustunda işğal olundu. 27 il sonra, 2020-ci ilin oktyabrında isə şanlı ordumuz rayonu işğaldan azad etdi. Əminik ki, Cəbrayıl rayonu bu dəfə əbədi azadlığına qovuşdu! 

Qarabağ Azərbaycandır!".

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza