Modern.az

Sahibkarlar 145 milyon manatadək kredit əldə ediblər

Sahibkarlar 145 milyon manatadək kredit əldə ediblər

Aktual

15 Oktyabr 2020, 16:26

Bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 milyon manatadək kredit əldə edib.

 

Modern.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən, cari il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 milyon manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib. 

 

Həmin kreditlər üzrə faiz subsidiyalarının məbləği 19 milyon manatadək nəzərdə tutulub. 

 

Zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6 faiz təşkil edib.

Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur.

Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub. 

Qeyd edək ki, fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması artıq yekunlaşıb və elektron sistem tam istifadəyə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza