Modern.az

Ermənilərin səhnələşdirdiyi bu videolar saxtadır - Müdafiə Nazirliyindən TƏKZİB

Ermənilərin səhnələşdirdiyi bu videolar saxtadır - Müdafiə Nazirliyindən TƏKZİB

Aktual

15 Oktyabr 2020, 16:50

Sosial şəbəkələrdə Azərbaycan Ordusunun hərbi qulluqçularının guya, erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi yayıılan videoların saxta olduğunu bəyan edib.

"Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur. 

Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza