Modern.az

Prezident: “Strateji yüksəkliklər bizim nəzarətimizdədir”

Prezident: “Strateji yüksəkliklər bizim nəzarətimizdədir”

Aktual

15 Oktyabr 2020, 17:22

“Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.

 

“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.

İlham Əliyev bildirib ki, Ermənistan öz təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır.

 

“Çünki qan tökülməsin və bundan sonra sülh yolları ilə bu məsələ həll edilsin”, - deyə Prezident İlham Əliyev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza