Modern.az

Türkiyə və Rusiya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə etdilər

Türkiyə və Rusiya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə etdilər

Aktual

15 Oktyabr 2020, 19:40

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

 

Nazirlər Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza