Modern.az

“Paşinyan öz diktaturasını gücləndirmək yolunu tutub” - Deputat

“Paşinyan öz diktaturasını gücləndirmək yolunu tutub” - Deputat

Aktual

15 Oktyabr 2020, 20:47

“Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan Ermənistan hakimiyyəti öz xalqına qarşı təzyiqlər göstərməkdədir. Paşinyan hökuməti bunu müxtəlif vasitələrlə həyata keçirir. Belə ki Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, “ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlər”in yayımlanması qadağan olunub, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla “hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır. Əlbəttə ki, Paşinyan hökumətinin bu addımı hərbi sahədə uğursuzluğudur”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Fatma Yıldırım qeyd edib ki, Azərbaycan Ordusu bütün istiqamətlərdə hücumu davam etdirir, xeyli sayda  yaşayış məntəqəsi azad edilib: "Erməni hərbi birləşmələri isə çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir.

Millət vəkilinin sözlərinə görə, onsuz da sosial-iqtisadi böhran məngənəsində sıxılan Ermənistan üçün hazırkı vəziyyət daha da acınacaqlıdır:
"Çünki onun Azərbaycanla müharibə aparmaq iqtidarında olmaması, çoxlu sayda itkilər işğalçı ölkədəki sosial-iqtisadi böhranı daha da dərinləşdirir. Cəbhədəki uğursuzluqlar Paşinayana qarşı müxalif qüvvələri daha da gücləndirir, bu səbəbdən də, “Qarabağ klanı” xeyli aktivləşib. Belə olan halda Paşinyan öz diktaturasını gücləndirmək yolunu tutub.Verilən sərt qərarlar məhz bu məqsədə xidmət edir".

 

Deputat onu da söyləyib ki, Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur:
“Ermənistanda sosial şəbəkə istifadəçiləri Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayırlar. Cəbhədəki erməni əsgərlərinin və hətta zabitlərinin də valideynləri, yaxınları sosial şəbəkələrdə onların adını nə ölü, nə yaralı siyahısında, nə də hərbi hissələrdə tapa bilmirlər. Bu, Ermənistan hərbi rəhbərliyinin itkiləri gizlətməsinin növbəti təsdiqidir. Sosial şəbəkələr üzərindən məsələnin aktiv şəkildə gündəmə gəlməsi isə Paşinyan iqtidarına qarşı əsgər analarının və bütün cəmiyyətin etiraz aksiyalarına başlaması üçün zəmin yaradır. Erməni anaları açıq-aşkar aldadılırlar və öz övladlarını Ermənistan hökümətinin adekvat olmayan qərarları nəticəsində birmənalı ölümə tərk edilirlər. Bütün dünya faşist zehniyyətin öz hərbçilərinə qarşı olan münasibətini gördü. Əsgərlərin zəncirlə səngərlərə bağlanması öz xalqına qarşı bir vandalizm aktıdır, öz genefondunaqarşı soyqırımdır. Hələ də gec deyil. Mən burdan erməni analarına səslənmək istəyirəm. Məğlubiyyətə məhkum olunan qeyri-professional orduya övladlarınızı göndərməyin. Daha çox itkilər verməmək üçün tez bir zamanda işğalçı Ermənistan əsgərləri öz silahlarını yerə qoyaraq bizim torpaqlarımızı tərk edə bilərlər. Bu şansı yaxşı dəyərləndirin. Torpaqlarımızdan çıxın”.


Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza