Adətən kurslara gedən uşaqlar daha böyükdür. Onların qaydalara riayət etməsinə nəzarət daha rahatdır.
Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut QarayevaNazirlər Kabienti yanında Operativ Qərargahın birifinqində bildirib.
Y.Qarayeva qeyd edib ki, əvvəldən azyaşlı şagirdlərə maska taxılması könüllü olaraq, onların öhdəliyinə buraxılmışdı:
“Bu baxımdan şagirdlər kurslarda qaydalara riayət etməsi daha rahatdır”.
Təhsil naziri Emin Əmrullayev isə bildirib ki, Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssiəslərinə aiddir.
“Repititor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.
Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.