Modern.az

Koronavirusa qarşı yeni effektli dərman tapıldı

Koronavirusa qarşı yeni effektli dərman tapıldı

16 Oktyabr 2020, 14:02

Honqkonq Universitetinin alimləri COVİD-19-un müalicəsi üçün yeni antiviral strategiya tapıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “Nature Microbiology” nəşri məlumat yayıb.

 

Tədqiqatçılar bildirirlər ki, xoralara qarşı istifadə olunan Ranitidine Bizmut Sitrat (RBC) dərmanı SARS-CoV-2-yə qarşı da təsirlidir.

 

RBC virusun təkrarlanması üçün lazım olan protein helicase Nsp13-ü hədəf alır. O, sink ionlarını xaric edir, helikazın fəaliyyətinə təzyiq göstərir.

 

Dərmanın SARS-CoV-2 ilə yoluxmuş hüceyrələrdə virus yükünü 1000 dəfədən çox azaltdığı bildirilir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza