Modern.az

Hikmət Hacıyevdən ermənilərin Ordubada raket atmasına REAKSİYA

Hikmət Hacıyevdən ermənilərin Ordubada raket atmasına REAKSİYA

16 Oktyabr 2020, 14:20

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

 

“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza