Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:20-də Tbilisidən 20 kilometr aralıda, Tetritskaro rayonunun cənub-şərqində qeydə alınıb. Zəzələnin episentri Samşvilde kəndi yaxınlığında olub.