Modern.az

Türkiyədə daha 73 nəfər koronavirusdan öldü

Türkiyədə daha 73 nəfər koronavirusdan öldü

16 Oktyabr 2020, 21:25

Türkiyədə son sutka ərzində koronavirusdan (COVİD-19) 73 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 005 şübhəli koronavirus testindən keçib, onlardan 1812-nin cavabı pozitiv çıxıb, 1419 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  1445 nəfər olub.   

 

Qeyd edək ki, Türkiyədə ümumilikdə 301 098 nəfər COVİD-19-a yoluxub, indiyədək onlardan 9153 nəfər vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza