Modern.az

Xanım Baş Nazir koronavirusa yoluxub?

Xanım Baş Nazir koronavirusa yoluxub?

17 Oktyabr 2020, 00:39

Finlandiyanın Baş Naziri Sanna Marin koronavirus (COVİD-19) infeksiyası şübhəsi ilə Avropa İttifaqı (Aİ) sammitini tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə “İnterfaks” Finlandiya hökumətinin açıqlamasına istinadla xəbər verib:

 

“Baş nazir bu gün Avropa İttifaqını tərk etdi və İsveç Baş naziri Stefan Lövendən yekun görüş zamanı Finlandiyanı təmsil etməsini xahiş etdi”.

 

Məlumata görə, Sanna Marin bir neçə gün öncə ölkə parlamentinin deputatı ilə görüşmüşdü. Həmin parlamentarinin koronavirus testinin cavabı müsbət çıxıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza