Modern.az

Gəncədə mülki şəxslər arasında itki var - Hikmət Hacıyev

Gəncədə mülki şəxslər arasında itki var - Hikmət Hacıyev

17 Oktyabr 2020, 01:46

"Ermənistana yeni raket sistemləri gətirildi. Dərhal xain və qəddarcasına Azərbaycan şəhərlərindəki mülki əhaliyə hücum etməyə başladılar. Gəncədə mülki şəxslər arasında itki olduğu bildirilir. Bu, Ermənistan dövlətinin terror siyasətinin təzahürüdür".

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

 

O, Ermənistanın raket hücumu nəticəsində Gəncədə 20-dən çox evin dağıldığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza