“Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tvitter hesabında yazıb.
O bildirib ki, hərbi cinayətlər törədən terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə yaşlı, qadın, uşaq ayırmadan mülki insanları hədəf aldı.
“Kirli üzünü bir daha göstərdi. Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq cinayəti cəzasız qalmayacaq. Can Azərbaycanın daha da güclü şəkildə yanında olmağa davam edəcəyik”, - deyə qardaş ölkənin vitse-prezidenti bildirib.
Turan ASLAN