Modern.az

Bu qətliamlar qarşılıqsız qalmayacaq - Ərdoğanın sözçüsü

Bu qətliamlar qarşılıqsız qalmayacaq - Ərdoğanın sözçüsü

17 Oktyabr 2020, 05:46

"Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni balistik raket atəşinə tutmasına münasibət bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın tvitter hesabında yazıb.

 

"Ermənistan Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, dinc sakin demədən cinayət törədir. Bu hüquqdankənar fəaliyyət və qətliamlar qarşılıqsız qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır", - deyə İbrahim Kalın bildirib.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza