Modern.az

Füzuli tarixinin ən şərəfli günüdür!

Füzuli tarixinin ən şərəfli günüdür!

17 Oktyabr 2020, 11:05

Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olması münasibəti ilə bütün füzulilərə, bütün xalqımıza göz aydınlığı verirəm.

 

Bu barədə Modern.az-a Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bu gün Füzuli rayonu tarixinin ən şərəfli günlərindəndir:

"Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbyacan Ordusu! Var olsun, mərd və qorxmaz xalqımız! Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirəm.

 

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıldılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq.

Qarabağ Azərbaycandır və ƏBƏDİ bizim olacaq!"

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza